Menu

Xəstəxananı vuran raketdə Qərb çipləri tapılıb - Rusiya hələ də Avropadan texnologioya ala bilir

10.07.2024, 13:23
Xəstəxananı vuran raketdə Qərb çipləri tapılıb - Rusiya hələ də Avropadan texnologioya ala bilir

Kiyevdəki Oxmatdıt uşaq xəstəxanasını vuran Rusiyanın X-101 raketi Qərb komponentlərinə malikdir. Bu, Kremlin sanksiyalardan uğurla yan keçməsindən xəbər verir.

“AzPolitika” xəbər verir ki, bunu ”Financial Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, X-101 Rusiyanın ən müasir qanadlı raketlərindən biridir və buna görə də düşmənin Ukraynaya qarşı hava hücumu kampaniyasını gücləndirmək üçün çox vacibdir. Rusiya Federasiyası indi bu raketləri 2022-ci ildəki tammiqyaslı işğaldan əvvəlkilə müqayisədə demək olar ki, səkkiz dəfə çox istehsal edir və hələ də Qərb ölkələrindən - xüsusən də ABŞ-də istehsal olunan ehtiyat hissələrindən asılıdır.

KSE İnstitutunun sanksiya üzrə baş əməkdaşı Elena Belousova deyib: “Qərb texnologiyası onlara terror hücumları zamanı zəif hava hücumundan müdafiə sistemini keçməyə imkan verən bu ağıllı raketləri yaratmağa imkan verir”.

FT yazır ki, sanksiyalar Rusiyanı bəzi qabaqcıl komponentlərdən məhrum edib. Bununla belə, təcavüzkar ölkənin müdafiə sektoru hərbi istifadə üçün nəzərdə tutulmayan mikroprosessorlara və digər qabaqcıl texnologiyalara müraciət edib. Məhz bu keçid bu ilin yanvarında buraxılan X-101 raketinin analizində aydın görünür. Raketin içərisində 16 ədəd Qərb istehsalı elektronika aşkar edilib. Komponentlərdən ikisinin mənzil-qərargahı İsveçrədə yerləşən İsveçrə şirkəti STMicroelectronics tərəfindən, qalanlarının isə Amerika çip istehsalçıları tərəfindən istehsal edildiyi müyyənləşib. Qeyd olunur ki, bütün mallar ilk növbədə mülki məqsədlər üçün nəzərdə tutulub. Üstəlik, onlardan bəziləri olduqca köhnədir.

“Financial Times” göstərir ki, Rusiya şirkətləri X-101-də istifadə edilən hissələri sadəcə açıq bazarda almaqla və Çin vasitəsilə idxal etməklə əldə edə bilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol