Menu

“Rusiya sursat istehsalını çox sürətli şəkildə artırıb” – Müdafiə naziri rəqəmləri açıqladı

10.07.2024, 14:00
“Rusiya sursat istehsalını çox sürətli şəkildə artırıb” – Müdafiə naziri rəqəmləri açıqladı

“Rusiya iqtisadiyyatını gözlənildiyindən daha uğurla bir şəkildə bərpa etdi və sursat istehsalını çox sürətli şəkildə artırdı. İndi Rusiya müharibədən əvvəlkindən daha çox artilleriya sursatları istehsal edir”.

“AzPolitika” xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurinas Kascyunas NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Moskva ildə 400 min 152 mm-lik mərmi istehsal edirdisə, indi bu rəqəm 2 milyona yüksəlib.

O, qeyd edib ki, Avropada bu növ artilleriya sursatının illik istehsal həcmi 600 mindən, ABŞ-də isə 350 mindən azdır.

“Onlar (ruslar – red.) olduqca sürətlə hərəkət edirlər. Rusiyanı təsirli şəkildə çəkindirə biləcək etibarlı müdafiə rejimi yaratmaq üçün hava hücumundan müdafiə və uzaq mənzilli döyüş sursatları sahəsindəki boşluqlar doldurulmalıdır”,-deyə o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol