Ötən həftə ABŞ kəşfiyyatı Rusiya tərəfindən dəstəklənən proksi qüvvələrin ABŞ hərbçilərinə və obyektlərinə qarşı təxribat hücumları hazırlaya biləcəyini aşkar etdikdən sonra Avropadakı hərbi bazalarını yüksək hazırlıq vəziyyətinə gətirib.
“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” özəl mənbələrinə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, aprel ayında Almaniya və Rusiyanın iki vətəndaşı Rusiya Federasiyasının sifarişi ilə bir sıra obyektlərdə, o cümlədən ABŞ hərbi bazalarında partlayışlar hazırlamaq və yandırmaq ittihamı ilə həbs edilib.
Mənbələr qeyd ediblər ki, ABŞ-nin son iki həftə ərzində əldə etdiyi kəşfiyyat məlumatları kifayət qədər həyəcanverici hesab olunur.
“AzPolitika.info”


Şərhlər