Menu

"FARSCA, YOXSA TÜRKCƏ DANIŞAQ?" - Pezeşkian Ərdoğanın sualına bu cavabı verib

11.07.2024, 23:00
"FARSCA, YOXSA TÜRKCƏ DANIŞAQ?" - Pezeşkian Ərdoğanın sualına bu cavabı verib

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

"AzPolitika" xəbər verir ki, iranlı jurnalist Azər Məhdavan “X” hesabından etdiyi paylaşımda iki liderin telefon danışığı zamanı yaşanan maraqlı dialoqdan bəhs edib.

O, paylaşımında Ərdoğanın Pezeşkiana "Farsca, yoxsa türkcə danışaq?" sualını ünvanladığını bildirib və bunları yazıb: “İki gün öncə Ərdoğan telefon danışığı zamanı Pezeşkiandan soruşub ki, bundan sonra farsca, yoxsa türkcə danışacaq? Pezeşkian isə cavabında bildirib ki, Azərbaycan türkcəsi anlayışları qarşılıqlı başa düşməkdə çətinlik yarada bilər, farsca danışması daha məqsədəuyğundur". 

A. Məhdavan qeyd edib ki, Pezeşkian tərcüməçi vasitəsilə fars dilində danışıb.

"AzPolitika.info"

Şərhlər

sadiq 2024-07-12 14:47:10

Pezeşgianın ana dili türk dili olsa da İranda dövlət dili fars dilidir. Pezeşgian da dövləti təmsil edir. Onun üçün də fars dilində danışmalı idi təbii. Burada qeyri-adi heç bir şey yoxdur.

Cəmşid Dərələyəzli 2024-07-11 15:15:36

Çox ağıllı cavab olub. Nə Erdoğanı incidib, nə də dövləti baxımından özü pis vəziyyət də qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol