“Əsas kapitala qoyuluşu iqtisadiyyatın inkişaf mənbəyidir. İstehsal, zavod, fabrik, işçi yerləri bu vəsait hesabına yaradılır”.
“AzPolitika” xəbər verir ki, bu bardə keçmiş maliyyə naziri, professor Saleh Məmmədov bildirib.
Ekspert xatırladır ki, adambaşına düşən Ümumi Daxili Məhsulun həcminin müqayisəli təhlilini aparıb.
S.Məmmədov təəssüflə qeyd edir ki, Azərbaycanın bu göstərici üzrə Cənubi Qafqaz respublikaları arasında sonuncu yerdədir.
“Bunun əsas səbəbi isə əsas kapitala qoyuluşun həcmi ilə əlaqədardır. Azərbaycan bu gösərici üzrə yalnız Cənubi Qafqazda deyil, əksəriyyət ölkələrdən, orta dünya gösəricisindən isə bir neçə dəfə geri qalır. Acınacaqlısı isə odur ki, belə vəziyyət resurs çatışmazlığı ilə deyil, məmur zəkası ilə əlaqədardır. Resursların nisbi həcm gösəriciləri üzrə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır” – deyə, o, bildirib.
Keçmiş nazir daha sonra əsas kapitala qoyuluşun adambaşına düşən həcmini ABŞ dolları ifadəsində təqdim edib:
-Gürcüstan - 2.125;
-Ermənistan - 1.895;
-Azərbaycan - 1.272;
-Çin XR - 5412;
-Türkiyə - 3797;
-orta dünya göstəricisi 3457 dollar.
S.Məmmədov hesab edir ki, Azərbaycanın daxili resursları, strateji valyuta ehtiyyatları nəinki ölkəmizi, bütün Türk respublikalarını yüksək səviyyədə əsas kapitala vəsaitlə təmin edə bilərdi.
“İndi isə bu resurslar əsasən xarici ölkələrdə günü - gündən genişlənən dollar, avro, funt inflyasiyasının qurbanına çevrilir”, - o, vurğulayır.
“AzPolitika.info”


Şərhlər