Bu ilin I yarısında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 % çox olub.
"Report" xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, artım beynəlxalq uçuşlarda 60,2 %, ölkədaxili uçuşlarda isə 10,15 % təşkil edib.
Belə ki, aviaşirkət yanvar-iyun aylarında 1,812 milyon sərnişin daşıyıb. Bunun 1,462 milyonu beynəlxalq, 350 mini isə ölkə daxilində daşınıb.


Şərhlər
AZAL bu gün Azərbaycandan xaricə daşımalarda monopolistdir. Yəni rəqabət yoxdur. Sərhədlər də açılandan sonra sərnişinlərin bir hissəsi yer üstü nəqliyyatdan istifadə edəcək.