Menu

"Bu il iki universitet üçün yataqxana tikintisinə başlanıla bilər" - Elnur Nəsibov

12.07.2024, 11:52

Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər.

"Report" xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir: "Özəl sektoru bu işə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar aparılır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol