Menu

Alen Simonyanın qardaşının şirkəti ilə 12 milyon dollarlıq dövlət müqavilələri bağlanıb

12.07.2024, 12:04
Alen Simonyanın qardaşının şirkəti ilə 12 milyon dollarlıq dövlət müqavilələri bağlanıb

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi direktoru bu ölkənin parlamentin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyan olan “EuroAsphalt” şirkəti ilə yol tikintisi üçün 6 müqavilə bağlayıb.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Mart, may və iyun aylarında imzalanmış, ümumi dəyəri 4,6 milyard dram (təxminən 12 milyon dollar) olan müqavilələrlə Şirak rayonunda və İrəvan-Sevan-İcevan avtomobil yolunun hissələrində yolların təmiri nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol