Menu

Ukrayna dronlarla Rusiyanın Rostov vilayətindəki neftbazaya hücum edib

13.07.2024, 10:08
Ukrayna dronlarla Rusiyanın Rostov vilayətindəki neftbazaya hücum edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Simlyanck rayonundakı neftbazaya dronlarla hücum edib.

“Report” xəbər verir ki, məlumatı Rusiya və Ukrayna KİV-ləri yayıb.

Bildirilib ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev neft bazasına hücum nəticəsində yanğın olduğunu təsdiqləyib.

Rusiya KİV-in məlumatına görə, Ukraynanın Xerson vilayətində partlayış olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol