Ukrayna Silahlı Qüvvələri iyulun 13-ü səhər tezdən Rusiyanın Rostov vilayətinə pilotsuz təyyarələrlə hücum edib. Pilotsuz təyyarənin hücumu nəticəsində Tsimlyanskidəki neft bazasında yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, bu barədə yerli qubernator Vasili Qolubev “Telegram” kanalından məlumat yayıb.
Hadisənin saat 04:00 radələrində baş verdiyini bildirən Qolubev, itkilərlə bağlı heç bir məlumat olmadığını deyib.
“Üçüncü dərəcəli yanğın həyəcanı verilib. Yanğının söndürülməsinƏ 49 şəxsi heyət və 14 texnika cəlb olunub”,-deyə qubernator bildirib.
“Mash” “Telegram” kanalı isə PUA-nın Rostovda vurulduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər