Xəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər.
Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində "güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Bu barədə "New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
***
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada seçiciləri qarşısında çıxış edərkən silahlı hücuma məruz qalıb.
Hələ ki, kimliyi bilinməyən səxs tərəfindən açılan atəş nəticəsində qulağından yaralanıb. Atəş Tramp çıxış etdiyi vaxt açılıb və o, qulağını tutaraq qorunmaq üçün dərhal yerə əyilib. Daha sonra isə Tramp hadisə yerindən uzaqlaşırılıb. Ehtimal ki, atəş açan şəxs onu başından vurmaq istəyib, ancaq məqsədinə nail ola bilməyib. Hadisə sırasında iki nəfərin öldüyü də bildirilir.

Hazırda Trampın vəziyyəti yaxşıdır və həyati təhlükənin olmadığı bildirilir. Ehtimal ki, bu hadisədən istifadə edərək, o, reytinqini artırmağa, sui-qəsd cəhdindən hiddətlənən insanların dəstəyini qazanmağa çalışacaq. Bayden də bəyanat verərək Amerika siyasətində bu cür zorakılığa yer olmadığını və hadisənin kəskin şəkildə pislədiyini bildirib.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.




Şərhlər
heyif ki yaxşı nişan ala bilməyib Putinin ....