Menu

AVRO-2024: Bu gün çempion müəyyənləşəcək

14.07.2024, 09:02
AVRO-2024: Bu gün çempion müəyyənləşəcək

Almaniyada təşkil olunan Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək.

“Report” xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

Berlindəki Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2024

Final

14 iyul

23:00. İspaniya - İngiltərə

Baş hakim: Fransua Leteksye (Fransa).

Berlin, Olimpiya stadionu.

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol