Menu

İqbal Ağazadə 36 saylı dairədən geri çəkilib? – Ümid sədrinin sənədlərini geri çəkdiyi bildirilir

14.07.2024, 13:24
İqbal Ağazadə 36 saylı dairədən geri çəkilib? – Ümid sədrinin sənədlərini geri çəkdiyi bildirilir

Hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlər siyahısını açıqlamadığından digər siyasi qüvvələr və müstəqil iddiaçılar seçkidə iştirak və dairə seçimi ilə bağlı qəti qərara gəlməkdə çətinlik çəkirlər.

Seçki prosesinə start verilməsindən 2 həftəyə yaxın vaxt keçsə də, çox az sayda iddiaçı DSK-lara sənəd təqdim edib. Hamı YAP-ın namizədlər siyahısının açıqlanmasını gözləyir. Tərəddüd içində olanlar arasında partiya sədrləri də var…

“AzPolitika”-ya daxil olan məlumata görə, Ümid Partiyasının sədri İqbal Ağazadə 1 sentyabr parlament seçkilərində 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizəd olmaq üçün sənədlərini müvafiq DSK-ya təqdim edib. Lakin bir qədər sonra Ümid sədrinin sənədlərini geri götürdüyü bildirilir. Onun başqa bir dairəyə keçdiyi, yoxsa ümumiyyətlə yarışdan geri çəkildiyi haqda məlumat verilmir.

Ümid Partiyasından “AzPolitika”nın müvafiq sorğusuna cavabda bildirilib ki, İ.Ağazadə məhz 36 saylı dairədən namizəd olacaq, geri çəkildiyi xəbəri doğru deyil. “Birinci gün imza vərəqlərini götürəcəyik”.

Qeyd edək ki, parlament seçkilərində hətta partiya sədrləri belə dairə seçərkən “rəsmi tövsiyəni” nəzərə alırlar. Bu səbəbdən əksər partiya sədrlərinin hansı dairədən seçkiyə qatılacaqları, ümumiyyətlə namizəd olub-olmayacaqları hələ də məlum deyil. Baxmayaraq ki, 2 aylıq seçki kampaniyasının dörddə biri artıq geridə qalıb.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-07-14 14:09:01

AzPolitika , heç bir partiya sədri müstəqil qərar verə bilmir ,hamı YAP-ı gözləyir ,bu partiyalar artıq heç avtobusa da lazım deyillər ,necə ki ,İsa Qəmbər ,Arif Hacılı qalacaq kənarda digərlərini də həmin aqibət gözləyir .Doğrudur bəzi ələ baxan partiyalara bir-iki yer veriləcək ,lakin əksər sədrlər ofsaytda qalacaqlar ,artıq seçki də qurtarır

İqbal bəyə. 2024-07-14 13:35:30

Eşşəyə minmək bir ayıb.düşmək iki ayıb sayılır.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol