Menu

İsraildə kazarma yaxınlığında atışma olub, 4 nəfər yaralanıb

14.07.2024, 16:40
İsraildə kazarma yaxınlığında atışma olub, 4 nəfər yaralanıb

Təl-Əvivin cənub-şərqində avtomobilin bir qrup insana hücumu və atışma nəticəsində azı 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" bildirib.

Məlumata əsasən, iki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır. Yaralananlar arasında uşaq da var.

Hadisə İsrail Müdafiə Qüvvələrinin kazarmalarından birinin yaxınlığında baş verib. Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol