Menu

Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub - CNN

14.07.2024, 19:29
Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub - CNN

ABŞ Prezidenti Co Baydenlə Ağ Evin keçmiş sahibi Donald Tramp arasında sui-qəsd cəhdindən sonra söhbət qısa, lakin hörmətli olub.

APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 13-də axşam saatlarında baş tutan söhbət “yaxşı”, “qısa və hörmətli” olub. Bayden Trampı əmin edib ki, baş verənlərlə bağlı tam təhqiqat aparılacaq.

CNN-in vurğuladığı kimi, iki siyasətçi uzun müddətdən sonra ilk dəfə birbaşa danışıblar. Hətta teledebat zamanı Bayden və Tramp ünsiyyət qurmadılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol