Menu

Tramp sui-qəsddən bəhrələnməyə çalışır - Baydendən gözləntisini açıqladı

15.07.2024, 12:57
Tramp sui-qəsddən bəhrələnməyə çalışır - Baydendən gözləntisini açıqladı

Məlum uğursuz sui-qəsd Trampın xeyrinə işləməklə yanaşı, onun Bayden hakimiyyətindən tələblərini də artırıb. 

“AzPoliotika” xəbər verir ki, özünə qarşı sui-qəsddən sonra “New York Post”-a müsahibəsində Tramp Baydendən gözləntilərini dilə gətirib. 

Tramp hesab edir ki, ilk növbədə Co Bayden sui-qəsd cəhdindən sonra ölkənin Ədliyyə Nazirliyindən özünə qarşı iki ittihamı ləğv etməsini xahiş etməlidir. Yəni, Trampa qarşı cinayət işləri ləğv olunmalıdır. 

O, artıq Baydenin guya Baş Prokurorluğun funksiyalarını yerinə yetirən departamentə müvafiq əmri verdiyini də iddia edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol