Menu

Zelenski də Baydendən narazıdır - “Sammitdən məyus dönüb”

15.07.2024, 13:07
Zelenski də Baydendən narazıdır - “Sammitdən məyus dönüb”

NATO-nun son Vaşinqton sammiti Ukraynanın heç də bütün gözləntilərini doğrultmayıb və bu məsələdə ABŞ-nin hazırkı prezidentinin günahı kifayət qədər çoxdur.

“AzPolitika” xəbər verir ki, mövzu ilə bağlı “Politico” nəşrinin yazdığına görə, NATO sammiti zamanı Vaşinqtonda Co Baydenlə görüş Volodimir Zelenskini məyus edib: “Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak danışıqlardan sonra son dərəcə məyus olublar”.

Qeyd olunur ki, iki liderin söhbətində əsas məsələlərdən biri Rusiyanın dərinliklərinin Qərb silahları ilə vurulması qadağasının aradan qaldırılması olub. Məqalədə deyilir ki, bu qadağa aradan qaldırılmayıb və bu, Kiyevin narazılığına səbəb oluib.

Eyni zamanda, BILD nəşrinin yazdığına görə, Rusiyanın uşaq xəstəxanasına vurduğu zərbəni nəzərə alan Ukrayna rəhbərliyi bu hərbi cinayətdən sonra belə NATO-nun Vaşinqtonda keçirilən sammitində Kiyevə yeni hücum silahlarının  və Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücum etməyə imkan verilməməsindən məyusdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol