Menu

Mustafa Hacılı və Osman Kazımov da namizəd oldular – Arif Hacılı və İsa Qəmbər isə...

15.07.2024, 14:51
Mustafa Hacılı və Osman Kazımov da namizəd oldular – Arif Hacılı və İsa Qəmbər isə...

“İyulun 15-də Müsavat Divanının iclası keçirilib. İclasda görülən işlər və qərarların icrası müzakirə edilib. Müsavat Partiyası rəhbərliyinin Tiflisdə keçirilən beynəlxalq konfransda iştirakı ilə bağlı geniş məlumat verilib”.

“AzPolitika” xəbər verir ki, bu barədə partiya başqanının müavini Razim Əmraslanlı bildirib. Onun sözlərinə görə, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.

Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:

- Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi;

- İlqar Qiliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsi;

- Osman Kazımov - 84 saylı Füzuli seçki dairəsi;

- Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi.

Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.

Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-07-15 21:09:21

Osman Kazımov və Gülağa Aslanlı təyin olunacaq , iki nəfər Müsavata bəs edər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol