Menu

Türkiyə qəhrəmanlarını ehtiramla yad edir- VİDEO

15.07.2024, 16:10
Türkiyə qəhrəmanlarını ehtiramla yad edir- VİDEO

UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Kapadokiyada (Türkiyə) 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə möhtəşəm aksiya təşkil edilib. Belə ki, regionun məşhur hava şarları ölkənin bayrağı və xüsusi posterlərlə bəzədilərək səmaya yüksəlib.

TRT Haber-in verdiyi xəbərə görə, tamaşa təxminən bir saat çəkib.

Bildirilir ki, möhtəşəm mənzərə, həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük maraqla izlənilib.

"Səkkiz il əvvəl baş verənlər hələ də yaddaşımızda təzədir. Aksiya 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunub. Xain çevriliş cəhdində həyatını itirən şəhidlərimizi anmaq və bu hadisənin unudulmaması üçün bu uçuşu həyata keçiririk", - deyə hava şarlarından birinin pilotu Alper Çetin jurnalistlərə verdiyi açıqlamada bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol