Menu

İran və Rusiya viza rejimini yumşaldır

07.12.2014, 22:44
İran və Rusiya viza rejimini yumşaldır

İranla Rusiya arasında viza rejiminin asanlaşdırılması barədə memorandum imzalanıb. Musavat.com-un məlumatına görə, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Qarşılıqlı anlaşma Ticarət Palatasının tövsiyəsi ilə iş adamlarına uzunmüddətli vizaların verilməsini və adi turistik vizalar haqda xahişlərin baxılma müddətinin qısaldılmasını nəzərdə tutur.

Öncə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukiyev bildirmişdi ki, yazın zamanlarda İrana neftin əvəzində buğda və sənaye mallarının verilməsinə başlanacaq. Ancaq bunun dəqiqi vaxtı bəlli deyil. Rusiya və İran bundan əlavə, mili valyutalar əsasında qarşılıqlı hesablaşmalar aparmağı planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol