Menu

Trampın qalib gəlməsindən qorxmuram - Zelenski

15.07.2024, 23:02
Trampın qalib gəlməsindən qorxmuram - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə sabiq prezident Donald Trampla işləmək istədiklərini bildirib.

APA xəbər verir ki, Ukrayna Prezidenti mətbuat konfransında ABŞ-də keçiriləcək prezident seçkilərinə münasibət bildirib.

Zelenski Donald Tramp prezident olarsa, onunla işləyəcəyini və bundan qorxmadığını deyib.

ABŞ-də Respublikaçılar Partiyasında çoxluğun Ukraynanı və xalqını dəstəklədiyini bildirən Zelenski “Biz hər iki partiya tərəfindən dəstəklənirik. ABŞ siyasətinin Respublikaçı qanadı ilə isə daha güclü əlaqələrimiz var”, deyib.

Şərhlər

Oxucu. 2024-07-15 23:13:26

Yəqin anqlo-sakslar buna qorxu duasını yazıblar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol