Menu

Asim Mollazadə də seçki qərarını açıqladı

16.07.2024, 20:39
Asim Mollazadə də seçki qərarını açıqladı

Demokratik İslahatlar Partiyası Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Bu barədə “AzPolitika”-ya adıçəkilən partiyadan məlumat verilib.

Qeyd olunur ki, qərar partiya Siyasi Şurasının iclasında qəbul edilib. Siyasi Şura partiyanın seçkilərdə iştirak edəcək namizədlərini də müəyyənləşdirib. Hələlik partiyanın 17 seçki dairəsi üzrə namizədi təsdiqlənib. Onlar aşağıdakı dairələrdən namizədliklərini irəli sürəcəklər:

1. 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən

2. 15 saylı Yasamal birinci Seçki Dairəsindən

3.16 saylı Yasamal ikinci Seçki Dairəsindən

4. 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən

5. 19 saylı Nərimanov birinci Seçki Dairəsindən

6. 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən

7. 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən

8. 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən

9. 39 saylı Gəncə ikinci Seçki Dairəsindən

10. 42 saylı Sumqayıt birinci Seçki Dairəsindən

11. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən

12. 54 saylı Mingəçevir Seçki Dairəsindən

13. 64 saylı Salyan Seçki Dairəsindən

14. 66 saylı Saatlı Seçki Dairəsindən

15. 74 saylı Masallı Seçki Dairəsindən

16. 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən

17. 104 saylı Gədəbəy Seçki Dairəsindən.

Qeyd olunur ki, partiyanın sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb.

Partiya artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Mübariz-ə 2024-07-16 23:54:44

mollaadənin partiyası elə özündən ibarətdir.Ona görə dairələru göstərib ki,YAP kimi istəsə ora yazsın.onun patiyasını tanıyan,səsini eşidən,üzünü görən varmı?Bu partiya oyunları saxtakarlıq mənbidir. Guya Nurullayevin. Ağamalıoğlunun və sair partiyasının üzünü görən,səsini eşidən var?

Mubariz 2024-07-16 15:36:47

Maraqlıdır ,ad və familya tapa bilmədikləri üçün ancaq dairələr göstərilir .Özünü isə dəqiq göstərir . Mollazadə o dairələrdən birinə mənim adımı ,digərinə Rasimin adını ,birinə də Cəlalın adını yaz ,etiraz etmərik ,təki sənin Partiyan yaşasın

Ələkbər 2024-07-16 12:35:05

Belə bir partiyanın varlığını görən olub?Bu partiyanın üzvləri vardı ki,hələ namizəd olsunlar?Elə saxtakarlıq partiyalardan başlatır,məzahir də siyahilərə nöqtə qoyur.Al.bu da sən seçki!....

Vətəndaş 2024-07-16 12:31:32

Bu adını "demokratlar" partiyası qoyanlar görəsən demokratiyanın nə olduğuu bilir? İllərdir üzü görünməyə.səsi eşidilməyən partiyalar necə ortada görünürlər?bunlarla məşğul lan,hesabat alan qurum yoxdur?Hərə yalandan yuxuda bir ad götüb.səhəri partiiya yaradır.Bu biabırçılığın sonu nə zaman olacaq?ollazadəni bir dəfə də olsun xalq arasında görən,hər hardasa demokratik söhbət aparan görüb?Bu uttanmazlar soxublar özlərini isti yerə ayda filan qədər xalqın zəhmətini sorurlar.bəs deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol