Məlum olduğu kimi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki mitinqi zamanı sui-qəsdə məruz qalıb.
“AzPolitika” xəbər verir ki, sui-qəsd anına dair sosial şəbəkələrdə paylaşılan bir video böyük marağa səbəb olub.
Sözügedən görüntülərdə Trampın arxasındakı yerdə əyləşən qara papaqlı və gün eynəyi taxan bir qadının suyuqqanlı davranışları yer alıb. Belə ki, o, Trampa ilk güllə atılmamışdan əvvəl suiqəsdçi Tomas Metyu Kruksun olduğu tərəfə baxır, daha sonra əlindəki telefonla çəkilişə başlayır. Tramp hücuma məruz qaldıqdan sonra isə soyuqqanlı şəkildə çəkilişlərinə davam edir.
Qeyd edək ki, məlum görüntülərdən sonra bu qadının kim olduğu ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülüb.
“AzPolitika.info”





Şərhlər