Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərində namizəd olub.
"AzPolitika" xəbər verir ki, o, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.
Partiyanın seçki qərargahından verilən məlumata görə, Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb.
Qeyd olunub ki, namizədlərin irəli sürülməsi prosesi davam edir.
"AzPolitika.info"


Şərhlər
İnventarlar üzə çıxarılır7Bunun ölkəyə.xalqa nə xeyri və mənası var?