İngilis baş nazirin yerli həmkarı ilə görüşü nəzərdə tutulur
İngiltərənin baş naziri Devid Kameron Türkiyəyə rəsmi səfər edəcək. ANS PRESS-in məlumatına görə, dekabrın 9 – 10-da baş tutacaq səfərdə Kameronun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə təkbətək görüşü nəzərdə tutulur. Daha sonra ingilis baş naziri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edəcək. Görüş zamanı tərəflərin Türkiyənin Avropa Birliyinə qəbul olunması prosesi, İraq və Suriyadakı son və vəziyyət, beynəlxalq2 və reqional məsələlərin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, son bir ay ərzində ABŞ-ın vitse-prezidenti Co Bayden, katoliklərin ruhani lideri papa Franksis, Rusiya Federasiyasının prezidenti Vladimr Putin və s. nüfuzli siyasət adamları Türkiyəyə səfər ediblər.


Şərhlər