ABŞ-nin hazırkı prezidenti Co Baydenə növbəti prezidentlik iddiasından çəkilməsi və yerini Demokratlar Partiyasının daha cavan namizədinə verməsi ilə bağlı təzyiqlər artır.
“AzPolitika” xəbər verir ki, “BET” telekanalına müsahibəsində Bayden deyib ki, həkimlər onun səhhətində problem olduğunu üzə çıxarsa, prezidentlik yarışından imtina edəcək: “Mənim hansısa xəstəliyim üzə çıxsa, həkimlər gəlib desələr ki, sizin hansısa probleminiz var”.
Qeyd edək ki, Baydenə çəkilməsilə bağlı çağırışlar müxtəlif istiqamətlərdən səsləndirilir. Məsələn, Birləşmiş Ştatlarda aktivləri olan britaniyalı milyarder Riçard Branson Co Baydeni seçkilərdə namizədlikdən imtina etməyə və “estafeti gənc nəslə ötürməyə” çağırıb.
“Politico” nəşri isə yazıb ki, ABŞ-nin 24 sabiq demokrat konqresmenindən ibarət qrup Baydenə məktub göndərərək onun prezident seçkilərində iştirakdan imtina etməsini istəyib.
Bu arada ABŞ Demokratlar Partiyasının bəzi əsas donorları 90 milyon dollar məbləğində ianələrin köçürülməsini partiya prezident seçkilərində Co Baydenin yerinə yeni namizəd tapana qədər dayandırıb.
“AzPolitika.info”


Şərhlər