Menu

YAP Vasif Talıbov və İsa Həbibbəylinin deputatlığa namizədliyini irəli sürməyib

17.07.2024, 11:30
YAP Vasif Talıbov və İsa Həbibbəylinin deputatlığa namizədliyini irəli sürməyib

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibəylinin namizədliyi irəli sürülməyib.

Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol