Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası başa çatıb.
Məlumatlı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, Gəncə şəhərini Milli Məclisdə təmsil edən 2 deputatın namizədliyi yenidən irəli sürülüb.
Belə ki, 38 saylı Gəncə Birinci Seçki Dairəsindən Naqif Həmzəyev, 39 saylı Gəncə İkinci Seçki Dairəsindən isə Pərvin Kərimzadə namizəd olacaqlar.
DSK-ların yeni bölgüsünə görə adı çəkilən deputatların dairələri dəyişdirilib.
“AzPolitika.info”


Şərhlər