Menu

Qüdrət Həsənquliyev 36 saylı dairədən namizəd olub – İqbal Ağazadə bu dairədən geri çəkilib

17.07.2024, 13:00
Qüdrət Həsənquliyev 36 saylı dairədən namizəd olub – İqbal Ağazadə bu dairədən geri çəkilib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən partiya sədri Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüb.

“AzPolitika” xəbər verir ki, Q.Həsənquliyev artıq sənədlərini Dairə Seçki Komissiyasına (DSK) tədqim edib.

Qeyd edk ki, bir müddət əvvəl “AzPolitika”-ya müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə həmin dairədən namizəd olacağını açıqlamışdı.

Lakin İ.Ağazadənin sənədləri DSK-ya təqdim olunsa da, sonradan onlar geri götürülüb.

Verilən məlumata görə, Ümid sədri ümumiyyətlə namizəd olmayacaq.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-07-17 13:39:13

İqbal Ağazadə , avtobusa mindin bəsindir ,nədi ,indi də ,qatara minmək istəyirsən ? Birdə ki ,əgər sən xalq arasında nüfuzu olmayan birisi ilə yarışa bilmirsənsə ,partiyanı qapat get Laf ,Reaksiya tv-də politoloq işlə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol