Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası 1 sentyabr növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər siyahsını elan edib. Məlum olub ki, hakim partiya VI-cı çağırş Milli Məclisdəki deputat korpusunu bir qədər yeniləyib. Namizədliyi irəli sürülməyən YAP-çı deputatlardan 5-nin adını aşağıda qeyd etmişik.
Siyahı açıqlanandan sonra daha bir qrup belə deputatın adı məlum olub.
Belə ki, 101 saylı Samux - Şəmkir Seçki Dairəsindən Dini işlər üzrə dövlət komitəsinin keçmiş sədri Mübariz Qurbanlının namizədliyi irəli sürülüb. Qeyd edək ki, MSK-nın əvvəlki dislokasiyasında 101 saylı dairəsi Göygöl-Daşkəsən rayonlarını əhatə edirdi və oradan Elşad Mirbəşir deputat seçilmişdi. Bu dəfə E. Mirbəşir Milli Məclisdən kənarda saxlanıldı.
119 saylı Ağdam Seçki Dairəsindən isə Bəxtiyar Sadıqov namizəd göstərilməyib. Bu darədən hakim partiyanın namizədi Məmmədov İbrahim Raqif oğludur. Ehtimal ki, bu dairə də bitərəf namizədlər üçün “boş” buraxılıb.
Akademik Nizami Cəfərovun adı da YAP-ın deputatlığa namizədləri siyahısına salınmayıb. Partiya onun yerinə 108 saylı Ağstafa seçki dairəsindən Kərimov Gülgün Kərim oğlunun namizədliyini verib.
Bundan əlavə deputatlar Elnur Allahverdiyevin, Cavid Osmanovun, Əliabbas Salahzadənin, İqbal Məmmədovun da adları da YAP-ın namizədləri siyahısında yoxdur.
***
Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkisində namizədliyini irəli sürməyib.
"AzPolitika" xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. YAP-ın seçki siyahısı müəyyənləşsə də, hələ tam şəkildə ictimaiyyətə açıqlanmayıb. Lakin mətbuatda yer alan xəbərlərə görə, artıq bəzi VI çağırış Milli Məclisin deputatlarının adlarının siyahıda olmadığı dəqiqdir.
YAP-ın siyahısında yer almayanlardan biri gözlənildiyi kimi, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov olub. 1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən Vasif Talıbov 1995-ci ildən, yəni 30 ilə yaxındır ki, Milli Məclisin deputatıdır. Milli Məslisin I, II, III, IV, V, VI çağırışları üzrə deputat mandatı qazanan Talıbov, artıq xeyli müddətdir ki, iclaslara qatılmırdı. O, ölkə parlamentinin iclasına sonuncu dəfə 2020-ci ilin əvvəlində, V çağırış Milli Məclisin açılış sessiyasına qatılıb, sonuncu dəfə parlamentdə 2005-ci ildə çıxış edib.
Adı siyahıda olamayan başqa bir deputat isə AMEA-nın hazırkı sədri İsa Həbibbəylidir. Milli Məclisin III ,IV, V, VI çağırışları üzrə deputat seçilən Həbibbəyli, 2 saylı Şərur seçki dairəsindən mandat qazanmışdı.
Keçmiş spiker, 1995-ci ildən Milli Məclis üzvü olan Oqtay Əsədov da YAP-ın siyahısına düşməyənlərdəndir. 45 saylı Abşeron seçki dairəsindən deputat seçilən Əsədovun son vaxtlar iclaslara qatılmadığı deyilirdi.
YAP 74 yaşlı Aqiyə Naxçıvanlıya da bu dəfə "yaşıl işıq" yandırmayıb. Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Naxçıvanlı 117 saylı Oğuz seçki dairəsini təmsil edir.
Həmçinin Milli Məclsin IV, V, VI çağırışlarının deputat olmuş Sədaqət Vəliyevanın da adı YAP-ın siyahısına daxil edilməyib.
Qeyd edək ki, 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak edəcək YAP namizədlərinin tam siyahısının yaxın saatlarda elan olunacağı gözlənilir.
"AzPolitika.info"

Şərhlər
Nə əcəb qatı feminist Aqiyə Naxçıvanlıya yer verməyiblər... Axı Milli Məclisdə belələrinə tələbat çoxdur. Yəqin cavan biri ilə əvəz edəcəklər.
Qoy mən tox olum, özgələr ilə nədir karım?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın
ALLAH-TƏALA həzrətləri xalqımızı bu simalarla bir-daha və bir daha qarşılaşdırmasın. Nə bu dünyada, nə də axirətdə.