Menu

PREZİDENT MEHDİZADƏNİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncam + DOSYE

17.07.2024, 20:47
PREZİDENT MEHDİZADƏNİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncam + DOSYE

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.

Qeyd edək ki, S. Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb.

Buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.

Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Şərhlər

Sozsuz 2024-07-18 17:10:44

... Yaxsiki olum var hec bir sey ebedi deyil. Her yukselisin bir dususu var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol