Menu

Sabiq baş nazirin qohumu yenidən parlamentə qayıdır – Adı YAP-ın siyahısındadır

17.07.2024, 20:47
Sabiq baş nazirin qohumu yenidən parlamentə qayıdır – Adı YAP-ın siyahısındadır

Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr parlament seçkilərində 98 saylı Bərdə Tərtər Seçki Dairəsindən Fətiyev Xanlar Nuru oğlunun namizədliyini irəli sürüb.

Xatırladaq ki, X. Fətiyev Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir. O, 2015-2020-ci illərdə 39 saylı Nizami birinci seçki dairəsindən Milli Məclisə seçilmişdi.

Amma 2020-ci il parlament seçkilərinə qatılmayıb. Görünür, hakim partiya yenidən onu parlament kürsüsündə görmək istəyib.

X.Fətiyevin sabiq Baş nazir Artur Rasizadənin yaxın qohumu olduğu məlumdur.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol