Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da parlament seçkilərinə namizədliyini irəli sürüb.
Bu barədə Bakupost.az -a açıqlamasında S.Cəlaloğlu özü bildirib.
“3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm”, - deyə o bildirib.
Əməkdaşımızla söhbətində S.Cəlaloğlu YAP-ın həmin dairədən kimin namizədliyini irəli sürməsi ilə maraqlanmadığını deyib: "Mənə maraqlı deyil. Bilmirəm kimdir, heç maraqlanmıram da. Seçkiyə rəqibimin kim olmasına görə getmirəm ki..."
Qeyd edək ki, S.Cəlaloğlu 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının namizədi Asiman Babayevlə yarışacaq.


Şərhlər
Sərdar bəs seçkiyə getmirdin ? Nə oldu ? Xalaoğlun Suyavuşla mübarizə aparmaq istəyirdin ? o da alınmadı ,küsdün ,sənə dedilər get Babəkə ,getdin ,,iştirak edəcəksən
Səüdar dwz deyirazərbaycanda seçki prosesinin necə getdiyini,səslərin neçə MSK-da bölündüyünü.kimlətin deputat olmalı olduqları barədə siyahinin MSK-ya seçkidən əvvəl verildiyini və nəhayət seçkinin fiksiy olduğunu bilir.ona görə narahat deyil.Yəqin kimsə onun siyahidyə salındığı xəbərini verib....