Menu

Əsəd rejiminin yüksək vəzifəli şəxsi ABŞ-də saxlanılıb

18.07.2024, 08:14
Əsəd rejiminin yüksək vəzifəli şəxsi ABŞ-də saxlanılıb

Əsəd rejiminin keçmiş Deyr əz-Zor valisi Suriyada insan haqlarını pozduğuna görə ABŞ-də saxlanılıb.

APA xəbər verir ki, 2020-ci ildən ABŞ-nin Los-Anceles şəhərində yaşayan Deyr əz-Zor vilayətinin keçmiş valisi Semir Osman əş-Şeyx saxlanılıb.

ABŞ rəsmiləri ölkəsində müxaliflərə işgəncə verməkdə və onları öldürməkdə ittiham olunan əş-Şeyxin Suriya prezidenti Bəşər Əsədlə sıx əlaqələrə malik olduğuna inanır.

“New York Times“ (NYT) qəzetinin məlumatına görə, 2020-ci ildən Los-Ancelesdə yaşayan əş-Şeyx ABŞ vətəndaşı olmaq üçün ərizəsində yalan məlumat verdiyinə görə ona cinayət işi açılıb.

Məhkəmə iddiasına görə, paytaxt Dəməşqdəki Adra həbsxanasını idarə edən, polis, kəşfiyyat zabiti və briqada generalı keçmiş Deyr əz-Zor valisi əş-Şeyx kiməsə işgəncə verib-vermədiyi və ya hər hansı qətldə əli olub-olmadığı barədə yalan ifadələr verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol