Menu

Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək

18.07.2024, 10:53
Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək

Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək.

APA-nın məlumatına görə, bu barədə “Hetk” jurnalist araşdırmaları portalı xəbər yayıb. ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ kimi dəyərləndirib.

Qeyd edək ki, bir qədər əvvəl ekspertlər Ermənistan, Moldova, Ukrayna və Balkan ölkələri ilə ABŞ arasında Silahlı Qüvvələrin Rusiya modelindən çıxarılaraq Amerika standartlarına uyğunlaşdırılması istiqamətində məsləhətləşmələr aparıldığı barədə açıqlama veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol