İyulun 13-16-da ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdə olub.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Zeya səfəri zamanı Ermənistan - Amerika əməkdaşlığı, Amerika vasitəçiliyi ilə Ermənistan - Azərbaycan danışıqları, Ermənistanda aparılan demokratik islahatlar və digər məsələləri müzakirə edib.
Ondan Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı ilə bağlı məlumatı şərh etməsi xahiş edilib. Suala cavabında Entoni Blinkenin müavini deyib: “Bu xəbəri təsdiq edirəm. Bu, çoxdan gözlənilən hadisədir, ətraflı məlumat üçün səfirimiz və mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz. Biz ABŞ və Ermənistan arasında mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, həm də Ermənistan - Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə tarixi keçid faktından xəbər verir”.
“AzPolitika.info”


Şərhlər