Menu

YAP Qənirə Paşayevanın dairəsinə onu göndərdi – Əslən Tovuz rayonundandır...

18.07.2024, 15:13
YAP Qənirə Paşayevanın dairəsinə onu göndərdi – Əslən Tovuz rayonundandır...

Yeni Azərbaycan Partiyası (YAP) 106 saylı Tovuz seçki dairəsindən IV çağırış Milli Məclisin üzvü Nizami Səfərovun namizədliyini irəli sürüb.

N.Səfərov müxtəlif illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Ədliyyə Nazirliyinin Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunda prorektor, Nazirliyin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, Milli Məclis Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini, MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifələrində çalışıb, hüquq elmləri doktorudur.

O, ötən seçkilərdə Samux rayonundan deputat seçilib. Hakim partiya N.Səfərovun yerinə - 101- saylı Samux-Şəmkir seçki dairəsindən Dini İşlər üzrə Dövlət Komitəsinin keçmiş sədri Mübariz Qurbanlını namizəd göstərib.

Xatırladaq ki, ötən 3 çağırış Milli Məclisdə 106 saylı Tovuz seçki dairəsinin seçicilərini mərhum deputat, parlamentin Mədəniyyət Komitəsinin sədri olmuş Qənirə Paşayeva təmsil edib. Qənirə Paşayeva YAP üzvü olmayıb.

Nizami Səfərov 1960-cı ildə anadan olub, əslən Tovuz rayonundandır.

Rasim

“AzPolitika.info”

Şərhlər

Tovuz sakini 2024-07-18 18:19:35

Tovuzda məskunlaşan Köhnə YerAzlardandır..Yalandan Tovuzlu deməyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol