Menu

İsrail parlamenti də işğalı dəstəklədi - Fələstin dövlətinin yaradılmasına qarşı çıxdı

18.07.2024, 16:03
İsrail parlamenti də işğalı dəstəklədi - Fələstin dövlətinin yaradılmasına qarşı çıxdı

İsrail Knesseti (parlamenti) səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasına qarşı çıxan qətnaməni qəbul edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir” – deyə, qətnamədə deyilir.

Fələstin dövlətinin ərazisini işğal edən Təl-Əviv rejiminin təmsiçiləri iddia edib ki, “İsrail torpağının mərkəzində” Fələstin dövlətinin yaradılması guya, İsrail və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq və regionda sabitliyi pozacaq.

Qəzet qeyd edir ki, qətnamə İsraildəki işğalçı rejimin başında dayanan Benyamin Netanyahunun koalisiyasına daxil olan partiyalar, eləcə də sağçı müxalifət partiyaları tərəfindən qəbul edilib. Hətta Benni Qantsın mərkəzçi Milli Birlik Partiyası da Fələstin dövlətinin ərazisinin işğalına dəstək verib.

Mərkəz solçu Yeş Atid partiyasının üzvləri isə bu qərarı dəstəkləməmək üçün iclası tərk ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol