Menu

“Müharibənin qaynar fazası bu il bitə bilər” - Zelenskidən önəmli açıqlamalar

19.07.2024, 12:17
“Müharibənin qaynar fazası bu il bitə bilər” - Zelenskidən önəmli açıqlamalar

“Rusiya ilə müharibənin “qaynar fazası” bu il başa çata bilər. Bütün dünya Rusiyaya təzyiq göstərməlidir ki, müharibəni dayandırmaq üçün danışıqlar masasına otursun”. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.

Ukrayna lideri qeyd edib ki, müharibə hərbi yox, diplomatik yolla başa çatacaq: "Bu, o demək deyil ki, bütün ərazilər güc yolu ilə qazanılır. Düşünürəm ki, diplomatiyanın gücü kömək edə bilər".

Beləliklə, Zelenski Ukraynanın Qərb müttəfiqləri “güclü qalsa”, müharibənin “qaynar mərhələsi”nin bu il bitəcəyini proqnozlaşdırıb. Onun fikrincə, döyüş meydanında daha zəif Rusiya Ukraynanı danışıqlar masası arxasında daha güclü mövqeyə qoyacaq: “Rusiyaya təzyiq göstərməklə, mən inanıram ki, biz diplomatik həllə razılaşa bilərik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol