“Rusiya Gürcüstanı və Ukraynanı onların dövründə işğal edib...”
“Dünya III Dünya Müharibəsinin astanasındadır. Mən prezident olanda Amerikanın əleyhdarları özlərini sakit aparırdılar”.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu Respublikaçılar Partiyasının qurultayındakı çıxışında prezidentliyə namizəd Donald Tramp deyib.
O xatırladıb ki, Rusiyanın Gürcüstana təcavüzü, Krımın ilhaqı və Ukraynaya açıq şəkildə işğal etməsi ondan əvvəlki prezidentin və Co Baydenin prezidentliyi dövründə baş verib.
“Mən hakimiyyətdə olsaydım, Rusiya ilə Ukrayna arasında dəhşətli müharibə olmazdı”, - Donald Tramp deyib.
Tramp 90 dəqiqəlik çıxışının sonunda yenidən birlik mövzusuna qayıdıb. O, amerikalıları gözləntilərini artırmağa çağırıb.
"Biz bir-birimizlə mübarizə apararaq enerji sərf etməməliyik. Uğur bizi daha da yaxınlaşdıracaq", - Respublikaçı prezidentliyə namizəd bəyan edib.
“New York Times” Trampın çıxışını belə şərh edib: “Prezidentliyə namizədin məqsədi bu çıxışla imicini yumşaltmaq və ölkəni birləşdirmək idisə, o, uğursuz oldu; əgər o, seçicilərinin ruh yüksəkliyini alovlandırmaq və həyatına qəsdin onu sındırmadığını göstərmək istəyirdisə, o, məqsədinə çatdı".
“AzPolitika.info”


Şərhlər