Menu

Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər - Blinken

19.07.2024, 21:51
Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər - Blinken

Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.

“NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik”, - Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə Amerika silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.

İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun sənədində Ukraynanın alyansa doğru sürətlə irəlilədiyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol