Menu

Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyəti qoymağı təklif edib

20.07.2024, 09:28
Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyəti qoymağı təklif edib

İlon Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyəti qoymağı təklif edib.

Trend-in məlumatına görə, bu barədə amerikalı sahibkar İ.Mask "X" sosial şəbəkəsində yazıb.

"Prezident üçün maksimum yaş həddi olmalıdır", - deyə o bildirib.

81 yaşlı C.Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Onun yaşına görə yenidən seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm Respublikaçılar, həm də Demokratlar arasında intensivləşir. Bəzi partiya üzvləri açıq şəkildə C.Baydeni seçki kampaniyasında sonrakı iştirakdan imtina etməyə çağırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol