Menu

Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır

20.07.2024, 23:07
Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır

Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol