23 illik fəaliyyəti dövründə Dövlət Neft Fonduna (ARDNF) 202,1 mlrd dollar vəsait daxil olub. Bu vəsaitin 189 milyardı neft və qaz satışından, 13,1 milyardı isə aktivlərin idarə edilməsindən əldə edilib. O cümlədən, “Azəri-Çıraq-Günəşli” yatağından dövlət 180 milyard dollar qazanıb.
Son illər ölkənin neft hasilatı sürətlə azalır. Əgər 2010-11-ci illərdə illik 50-51 milyon ton neft hasilatı əldə olunurdusa, bu il bu rəqəmin 28 milyon tona qədər azalacağı gözlənilir.
Qaz hasilatı isə hazırda pik dövrünü yaşayır. Belə ki, ötən il ölkədə 46.7 milyard kubmetr qaz hasil olunmuşdusa, bu il bu rəqəmin 50 milyard kubmetri ötəcəyi gözlənilir. Bu rəqəmin 33-34 milyard kubmetri Avropa ölkələrinə, Türkiyə və Gürcüstana satılır, qalan hissəsi daxili tələbata yönəldilir.
Ölkənin qaz gəlirləri ayrıca göstərilmir, neft-qaz satışından ümumi gəlirlər açıqlanır. Belə ki, 2023-cü ildə bu sektordan 11 milyard 587,6 milyon dolları xalis gəlir əldə edib.
Bəs Azərbaycan 23 il ərəzində enerji sektorundan əldə etdiyi vəsaitləri hansı istiqamətdə xərcləyib? Ölkə iqtisadiyyatının əsas problemlərini həll edə bilibmi, əhalinin gəlirlərinə təbii sərvətlər necə təsir edib?
Beləliklə, 23 il ərzində:
Dövlət Neft Fonunda neft-qaz satışından daxilolmalar - 202 milyard dollar;
Valyuta ehtiyatları 58 milyard dollar.
202-58=144 milyard dollar.
144 milyard xərclənib, bu vəsait hesabına ölkə iqtisadiyyatını neft-qaz asılılığından nə qədər azalda bilmişik?
ÜDM-də enerji sektorunun payı - təxminən 70 faizə yaxın;
Azərbaycanın ixracındakı neft-qaz məhsullarının payı 92 faiz;
İllik büdcənin formalaşmasında neft-qaz gəlirlərinin payı (müxtəlif illərdə) - birbaşa Neft Fondundan köçürmələr 55-33 faiz, dolayı + 20 faizdən çox.
Azərbaycanda ÜDM-in adambaşına düşən ortalama pay - 7150 dollar;
Orta maaş 600 dollar;
Median əməkhaqqı - 270 dollar;
Minimum pensiya 142 dollar;
Orta aylıq pensiya - 252 dollar;
Yaşa görə müavinət 130 dollar;
Uşaq pulu verilmir...
144 milyard dolların təxminən 90 milyard dolları dövlət büdcəsinə köçürülüb, qalan hissəsi infrastruktur layihələrinə (yollar, körpülər, inzibati dövlət binaları və s.) tikintisinə xərclənib.
O cümlədən;
Dövlət Neft Fondunun yeni binası (26 mərtəbə) - 85 milyon dollar;
SOCAR-ın inzibati binası (42 mərtəbə) 414 milyon 237 min dollar;
"Azərsu" ASC-nin inzibati binası (22 mərtəbə) - 200 milyon dollar;
Mərkəzi Bankın yeni inzibati 413 milyon dollar (Bank dəbdəbəli binanı öz vəsaiti hesabına inşa etdirdiyini bəyan edib).
Neft Fondu hesabına həyata keçirilən enerji-infrastruktur layihələri:
Bak-Tbilisi-Qars dəmiryolunun tikintisi – 440 milyon dollar;
Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsi – 1milyard dollar;
“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi – 1.5 milyard dollar;
BTC-nin tikintisinə çəkilən xərclər – 190 milyon dollara yaxın;
Neft-qaz sahəsində başqa layihələrin maliyyələşdirilməsi - ümumilikdə 500 milyon dollara qədər;
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 440 milyon dollar;
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması – 895 milyon dollar;
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması - 1.6 milyard dollar;
Təhsil layihələri - 225 milyon dollar.
Göründüyü kimi, neft-qaz satışından ən böyük payı büdcə xərcləmələri, daha sonra enerji sektoru alıb. İkinci yerdə infrastruktur layihələri, o cümlədən dəbdəbəli inzibati binalarının tikintisi, nəqliyyat yollarına, və s. xərclənib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sonrakı yerdə gəlir. Ən sonda isə isə təhsilə çəkilən xərclər gəlir.
Əhalinin qazancına gəldikdə, son 10 illikdə nominal gəlir bir neçə dəfə artsa da, bahalaşma, inflyasiya həyat şəraitinin yüksəlməsinə mane olub. Maaş, pensiya və müavinətlər çox milyardlıq investisiya xərclərinin yanında olduqca kiçik və miskin görünür.
Elçin Rüstəmli
“AzPolitika.info”

Şərhlər
SOCAR-ın yeni binasının əxminən Bakı-Tbilisi-Kars dəmiryolu tikintisi qiymətinə başa gəlməsi olduqca sevindiricidir.O binanı tikənlər o 414 milyon manatın bir qəpiyinə də gözlərinin ucuyla belə baxmayıblar,a tövbə,hamısı sırf maaşa qulluq eliyib.Boş vaxtlarımızda belə binalardan çox tikək ki,maaş-pensiyaları adam kimi artırmamağa,uşaq pulu verməməyə,tibbi sığortanın bütün xəstəlikləri əhatə etməməyinə tutarlı səbəbimiz və spisati eləməyə bir şey olsun.Dayanmadan tikək yəni nə olsa.Təki camaata heç nə qalmasın.Sorsun barmağının kirini qara camaat.Yesin balıq başını.
Nə qazandıq yox nə qazandılar Talançı banda və üzvləri
Aha )))) taza sóhbet , qecikmish
...və???
MÖVCUD SƏNAYE MÜƏSİSƏLƏRİ,KƏND TTƏSƏRÜFATI DARMADAĞIN EDİLDİ.YENİ MÜƏSİSƏLƏR ACILMADI,ACILANLARI DA İŞLƏMƏYƏ QYMADILAR.İŞSİZLİK ƏN BÖYÜK PROBLEMƏ CEVRİLİB.Ü. D. G- GÖRƏ ERMƏNİSTAN VƏ CÜRCÜSTANDAN GERİ QALIRIQ...
Dehşetli menzeredir “SOKAR”ve Milli banka tikiken debdebeli inzabati binalar her biri ayrıluqda tehsike 23 ilde ayrılan vesaitden teqriben 2 defe çıxdyr bu ne denendşr adamın ağlı donur ...
Azandıq,amma necə və hara xərclədik?Azərbaycanda işsizliktüğyan edən bir vaxtda Azərbaycan nefri ilə təmin olunan Rumıniyada və Türkiyədə neftayırma zavodlarına.İsveçrə və başqa ölkələrdə yanacaq doldrma stansiyalarnın tikintisinə və istismarına və sair ölkədən kənar məsrəflər Azərbaycana nə verdi?
130MİLYARDI KİM YEYİB?