Menu

Jurnalist Baydenin prezident yarışından çəkilmə xəbərinə bu cür reaksiya verdi - VİDEO

22.07.2024, 15:33
Jurnalist Baydenin prezident yarışından çəkilmə xəbərinə bu cür reaksiya verdi - VİDEO

Ağ Evin keçmiş mətbuat katibi və “MSNBC”-nin hazırkı aparıcısı Cen Psaki ABŞ Prezidenti Co Baydenin yarışdan çəkilmək qərarı haqqında danışarkən ağlayıb.

“AzPolitika” xəbər verir ki, Ağ Evin keçmiş mətbuat katibi və “MSNBC”-nin hazırkı aparıcısı Cen Psaki xəbəri çatdırmaqda çətinlik çəkib.

“Mən bunu qəbul etməyə çalışıram, çünki il yarım onun yanında işləmişəm. O, qeyri-adi insan və prezidentdir”, -deyə o bildirib.

Co Baydenin 2024-cü il prezidentlik yarışından geri çəkilmək qərarı liberal mediada böyük şok yaradıb. Bir çox jurnalistlər Baydenin bu qərarını böyük kədərlə qarşlayıblar.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol