Menu

“Konkret addımlar gözləyirik” – Kreml Zelenskinin bəyanatına cavab verdi

22.07.2024, 16:03
“Konkret addımlar gözləyirik” – Kreml Zelenskinin bəyanatına cavab verdi

Kreml Ukraynadan konkret addımlar gözləyir.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskinin Kremllə mümkün danışıqlarla bağlı son bəyanatını şərh edərkən deyib.

“Kiyev həqiqətən sülhlə bağlı dialoq aparmağa hazırdırsa, Kreml Ukraynadan konkret addımlar gözləyir. Bu sözlərin arxasında konkret olaraq nə dayanır, konkret hansı planlar müzakirə olunur, bu istiqamətdə hansı addımlar atılır? Burada bəzi konkret hərəkətləri gözləmək lazımdır”, - deyə Peskov jurnalistlərə bildirib.

O, qeyd edib ki, Kiyevin danışıqlar barədə fikirləri müharibə bəyanatlarından daha yaxşıdır: “Bu, əlbəttə ki, Rusiya tərəfi ilə və Rusiya dövlətinin başçısı ilə hər hansı təmasların istisna edilməsi barədə bəyanatlardan daha yaxşıdır. Əlbəttə ki, dialoq haqqında bu və ya digər tonda danışmaq son ukraynalıya qədər döyüşmək niyyəti haqqında söhbətdən qat-qat yaxşıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol