"Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur".
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib:
"Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub".


Şərhlər
Bəlkə, Jurnalist aztəminatlı və aşağı qabiliyyətli sayılır?...nədən, hər bir evsiz ailəmiz mənzil uçotu növbəsinə götürülüb, təmin edilməsin?
Jirnalistlərə bu hörmət onların yaltaqlığından doğur?Ölkədə jurnalist ixtisasından başqa mütəxəssislər niyə ayrıseçkiliyə mətuz qalır,onlara ev tikilmir,verilmir.sosial vəziyyıtləri yada düşmür.n necə demokratiyadır?