Menu

Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub

22.07.2024, 18:24
Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.

Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol