“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi dekabrın 8-də açıqlama yayıb.
“Abunəçilərin diqqətinə çatdırılır ki, II Bakı su kəmərinin Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.
Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 8-i və 9-da paytaxtın Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azəerneftyağ” Neft Emalı Zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su məhdudiyyətlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər