Macarıstan və Slovakiya Ukraynanı “Lukoyl” şirkətindən Şərqi Avropaya neft tranzitini bərpa etməyə razı salmaq üçün Avropa İttifaqına müraciət edib.
“AzPolitika” xəbər verir ki. bu barədə “European Pravda” xəbər yayıb.
İyun ayında Ukrayna hakimiyyəti Rusiyanın “Lukoyl”a şirkətinə qarşı sanksiyaları sərtləşdirərək, faktiki olaraq “Drujba” neft kəmərinin bir hissəsindən neftin tranzitini qeyri-mümkün edib.
“Bloomberg” agentliyi yazır ki, Macarıstanın xarici işlər naziri Peter Szijyarto kompromis həll yolu tapılmasa, Ukraynanı məhkəməyə verəcəyi ilə hədələyib. Onun fikrincə, Ukrayna hakimiyyəti öz hərəkətləri ilə Avropa İttifaqının 27 üzv ölkəsi ilə assosiasiya sazişini pozaraq, əvvəllər Aİ-nin enerji sanksiyalarından istisnalar almış Macarıstan və Slovakiyanın iqtisadiyyatına ziyan vurur.
Macarıstan "Lukoyl"dan ildə təxminən 2 milyon ton neft alır ki, bu da onun ümumi idxalının üçdə birini təşkil edir. Slovakiyaya gəldikdə, bu ölkə neft idxalının 45 faizinə bərabər olan təxminən 2,5 milyon ton nefti Rusiyadan alır.
“AzPolitika.info”


Şərhlər
Niyə Putini məhkəməyə vermir. Ukrayna yaxşı edib neft trubasını kəsib.